DİVERSANTA QARSON XİDMƏTİ....

18-07-2020, 14:31

İdeal Holdinqin Sahibi, Qarabağ Qazisi, keçmiş Siyasi və Vicdan məhbusu Nazim İdeal rəsmi Fasebook səhifəsində paylaşdığı yazını diqqətinizə çatdırırıq:   

Gözünün qarşısında baş verənləri görməyib,bəşəri dəyərlərin,tarixin arxasında gizlənənlər,guya hadisələrin fövqündə dayananlar yazar deyillər,ədəbi gədalardılar....(liv)
Erməni diversant Arsen Baqdasariyana Paytaxt Bakıda,Heydər Əliyev Prospektində göstərilən ataloqsuz xidmətdən bəhs etmək istəyirəm...
10 yıl bağlı kamerada xüsusi rejimli konslagerdə girov saxlanıldığım dönəmdə,Prezidentin 10.02.2017-ci il tarixli, Sərəncamının təsir dairəsi, mənə çamurlanmış ehtimal və mülahizələr nağılını udduğundan,cəzadan 2 yıl götürüldü və rejimim ciddi rejimlə əvəzləndi...
Ciddi rejimli C.Ç.M-si adlanan qarışıq bazara 18.03.2018-də yatab edildim,21.09.2018-də 15 saylı,konslagerə sürgün edildim!!!
11-dən 15 saylıya fors-major göndərilməyimə əsas səbəb, mülkiyyətimə dil uzatmış vandalların yerini göstərdiyimlə bağlı idi..
Çün ki,11 saylı bazarın rəisi şirinov vəli yazılarımın durdurulması ilə bağlı bir neçə dəfə qaldığım otağa "şmon" salmış və səbəbini də demişdir...
15 saylı konslagerdə rəis tahir yusifov və müavin eldəniz həziyevin (hazırda 2 saylı c.ç.m-də fəaliyyət göstərməkdədirlər) İnsanlıqdan,dövlətdən və qanundankənar həyata keçirdikləri hərəkətlərə susmayacağımı,bunlarda Bəhram Qurbanovun,Mırtız Sadıxovun,Qaçay Aslanovun,Rəşad Dəmirovun yaşadıqlarını yaşamamaları üçün Məni şəxsi obyektlərinə buraxmadı və əvvəlcə 7 sutka kars verdi...
01.10.2018 tarixdən 08.10.2018-dək kars bitdi və yenidən 5 sutka əlavə edildi...
Yəni,qaydasız-qanunsuz-vəhşi cəngəllik qanunları üzrə.
Adətən,hüquqi dövlətlərdə karsda saxlanılan şəxslərə öz hüquqları izah edilir,nədə suçlu olduğu elan edilir və qərarla tanış edilir ki,qanunsuz qəbul edilmiş qərardan məhkəməyə şikayət etmək haqqın tanınsın...
Cənubu Qafqazın analoqsuz ölkəsində məhkəmədə,ombudsmanda,ictimai komitədə cibindəki paradı...
Qızıl Xaç komitəsinin səlahiyyət və "nüfuzunun" olub-olmaması onunla saziş imzalayan ƏN-dən asılıdır...
Şikayətlərə ictimai məzmun versək anlaşılsın ki, daha köklü,tutarlı faktlar daha artıq rüşvət almanın şərtlərindəndir...
Vəssalam...
13 günlük kars müddətim bitdi və dövləti şəxsi obyekti olaraq idarə edən ermənikökənli,ermənibaşlı şan dığanın sifarişi üzrə  əlavə olaraq  2 ay PKT ("bur") verdilər.
Bu müddət ərzində 5-ci kamerada saxlanılan erməni diversant Arsen Baqdasariyan və Edqar Sarkisyanla  daha çox təmasda olub,təhqirsiz erməni etnomologiyasından bəhs etməklə heç olmasa ürəyimi sakitləşdirirdim....
40 nəfər Azərbaycanlı məhkumun şəxsiyyətinə,milliyətinə,Milli və Beynəlxalq qanunlarla tanınan fundamental hüquqlarına despot münasibət sərgiləyən rəis və onun zombi lakeyləri hər iki erməni dığasına qarson xidməti göstərməkdən usanmırdılar...
Xidmət növləri nə idi???
-Həftə ərzində Türklər hamama bir dəfə 10 dəqiqə müddətə buraxıldığı halda,
Haylar hər gün müddətsiz hamamdan istifadə edirdilər...
-Türk məhkumlara donuz "atxodundan"da keyfiyyətsiz "balanda" verildiyi halda,Yanların kamerasında qızdırıcı-soyuducu,ərzaq məhsulları,erməni istehsallı müxtəlif çeşidli konservlər bol idi..
-Sutka ərzində Türklərə 4ədəd filtirsiz siqaret paylanıldığı halda,yanların kamerasında erməni istehsalı olan müxtəlif çeşidli siqaretlər karobkalarda daşınırdı...
Ən pisi bu idi ki,Türklər,haylardan siqaret dilənirdilər...
-Türklər illərdir ki,yuyulmayan,sökük-cırıq, meyid qoxuyan "spisovka" geyməyə məhkum olduqları halda,haylar hər gün öz libasları ilə performans göstərirdilər.....
-Mənə görə bütün kameralarda Qələm-kağızlara yasaq qoymuş penitensiarçılar, yanların günlərinin mənalı keçməsindən ötrü,tablolar,kətanlar,fırçalar..,ın təminatı xidməti borca çevrilmişdi... və.s,və.ilaxır...
Humanizm,Tolerantlıq,Multikulturalizm...,ermənilər üçün,
Hannibalizm,Totalitarizm,Multimeymunizm..,Türklərin taleyinə yazılmayıb ki???
Bu ki,Topraklarımızda qurulmuş sərhədlərdə baş vermir !!!
Bütün bunlar məhz H.Əliyev Prospektində baş verir...
100 gün Karsda qaldıqdan sonra,ermənilərin qəlbinə toxunduğuma,real tarixi faktlarla diversantı razılaşdırdığıma,himnimizi hər gün oxutdurduğuma..,görə Mənə-Qarabağ Qazisinə 06 ay Qobustan Qapalı Həbsxanası "tur paket"i, metropolitein Tağının oğlu Raufun qərarı ilə reallaşdırıldı...
Sifarişçinin hansı şan dığa olmasından asılı olmayaraq,iftira krujevalarının lakey icraçıları Qarabağlılardı...
Rəis tahir-Cəbrayıldan;
Müavin eldəniz-Bərdəlidir...


İstifadəçi paneli