AYSMED-in XİDMƏT FƏLSƏFƏSİ ...

20-07-2020, 18:47


Özəl klinikaların Xalqa xidmət fəlsəfəsi sayəsində,sıravi Vətəndaşlardan,korrupsioner məmurlara qədər hər kəs sağlamlığının qarantını Xarici dövlətlərdə görür.
Sərhədsiz narazılıqlar təkcə həkim savadsızlığı,məsuliyyətsizliyi ilə deyil,eyni zamanda qiymətlərin fantastikası ilə sıxı bağlıdır..
Vətəndaş Aysel Əliyeva yazır ki, bu gün Xalqlar dostluğu yaxınlığında yerləşən "AYSMED" klinikasında gördüklərim şok terapiya yaşatdı.
Özünü klinikanın 2-ci şəxsi kimi təqdim edən Cabir Mahiroğlu,bir-birinin bənsinə tələsən pasientlər arasında ayrı-seçkilik yaradır,şəxsi tanışlarını növbəsiz həkim qəbuluna buraxır,digər Vətəndaşlarla kobud davranır.
Bundan əlavə ümumi analiz üçün 148 azn alınır!
COVİD-19 Virusunun geniş yayılmaması,ilk növbədə həkimlərin vəzifə borcu olsada,görünən mənzərə tamamilə fərqlidir və nəzarətedici qurumlar,Şəxsi maraqlarla yanaşı,Vətəndaş maraqlarını-məmnunluğunu düşünməli və təfəkkürlərində dəyişikliklər etməlidirlər...
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.


İstifadəçi paneli