MÜHACİRLƏR-MİLLƏTİN VİCDANLI SƏSLƏRİDİR !

22-07-2020, 23:32


Hazırda mühacir həyatı yaşamağa məhkum edilmiş minlərlə soydaşımız,Son günlər Avropa-ABŞ-Rusiyada,Xalqımıza qarşı Soyqırım aktları həyata keçirmiş ermənizmin arxalandığı lobbiləri qarşısında göstərdikləri birlik və dirilik qürurvericidir...
Ora toplaşan Türklər hər hansı təşkilatın və ya şəxsin istəyini deyil,Vətəndaşlıq mövqeyindən çıxış edərək, Milli-Siyasi kimliklərini  ortaya qoydular və bütün bu kimi davranışlarına görə Şəxsimdə təşəkkür edirəm!
İki məqamı diqqətinizə çatdırıram:
1.  28 yıldır ki,təkcə topraklarımız deyil,diaspor fəaliyyətimizdə bir qrup lobbiçilik fəaliyyətindən kənar şəxsi korporativ maraqlara xidmət edən dələduz çete, dövlət nəzarətsizliyindən və ya bu sahəyə nəzarət edən iri çaplı köstəbəyin debilliyindən istifadə edərək,alternativlərini və rəqiblərini şərləmək,sıradan çıxarmaq məqsədilə istifadə etdiyi şərin QıF-na dövlətin bu sahəyə ayırdığı maliyyəni dağıdaraq,sonunda "erməni lobbisi güclüdür" simulisiv-deqerenat dezinformasiyalarla  hər kəsi aldatmağa müvəffəq olmuşlar !?
2. Həm Azərilər,həm də ermənilər obyektiv və subyektiv səbəblərdən,öz Vətənlərini tərk edir.
Ermənilər daha yaxşı yaşamaq,mənalı güzəran görmək amacıyla ölkəni tərk etdikləri halda,
Azərilər şərlənib həbsə düşməmək,problem yaşamamaq, sabahlarını zindanlarda açmamaq,sifarişli axtarışda olduqlarına və.s,görə canından çox sevdiyi,Vətənini-doğmalarını məcburiyyət qarşısında tərk edirlər.
Konkret yüzlərlə fakt ortaya qoya bilərəm....
Vətənini öz xoşu,könüllü tərk edən haylar,erməni spesifikasiyasına uyğun,bir-birilərinə arxa durub,Türklərə qarşı saxta arqumentlərlə kompaniya aparırlar...
Bizim Türklər isə,ələ keçməmək,həbs edilməmək üçün,uzun illər orda-burda gizlənir,rejim tərəfindən deyil,satqın "müxalifət"in barələrində formalaşdırdığı imic-reputasiya ləkəsini daşıyır və xarici dövlətlərin özündə belə,fobiyanı hiss edir...
Belə bir vəziyyətdə,nə halla özlərində güc-qüvvət tapıb,Vətəninin müdafiəsinə qalxa bilərlər ki???
Tarix heç kimə öz Xalqı üzərində qələbə çalmaq şansı tanıtmayıb...
Görünəni budur ki,bu gün Xaricdə yaşayan həmvətənlərimiz lazımı qədər güclü,hörmətli və qeyrətlidirlər.
Ölkəmizin mövcud status-kvodan qurtuluşu,Topraklarımızın işğaldan azad edilməsi,dünya çapında layiq olduğumuz yerə çatmağımızda Mühacirlərin üzərinə böyük məsuliyyət düşür!!!
Azərbaycanımızın bütövlüyü Naminə,üzərimizdəki namus ləkəsini silmək üçün birlikdə güclüyük!
Ölkəmizdə müstəqil Media olmasada, Media hüquqları quldarlıq qanunları ilə tənzimlənsədə?, əxlaqsızlıq-əqidəsizlik-satqınçılıq-namussuzluq-dezertirlik media cameəsində peşəkar adlandırılıb,stiqmalansada...,
Millətin Xaricdəki Vicdanı və Səsləri Sizsiz!
Vətənimiz-Dövlətimiz-Ordumuz Naminə:
BİR-İRİ-DİRİ OLMALIYIQ !!!


İstifadəçi paneli