MƏN İMTİYAZ DEYİL,ƏDALƏT İSTƏYİRƏM !

25-07-2020, 15:28

İdeal Holdinqin Sahibi, Qarabağ Qazisi, keçmiş Siyasi və Vicdan məhbusu Nazim İdeal rəsmi Fasebook səhifəsində paylaşdığı yazını diqqətinizə çatdırırıq:   

MƏHKƏMƏLƏR  "ASAN XİDMƏT"Ə  VERİLSİN !
Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev cənablarına!
Hörmətli cənab Prezident!
Topraklarımızın 55.000 kvadrat kilometr hissəsi milli xəyanətkarların "əməyi" nəticəsində ermənizm sahibləndiyi kimi,yerdə qalan hissəsidə bir çox qandan və candan pul çıxarmağa öyrəncəli mürtəce barbarların işğalı və inhisarındadır !
2002-2003-cü illərdə milli məhkəmələr Vətəndaş cəmiyyətinə qarşı xəyanətləri-dərəbəylikləri müşavirə otağında ssenariləşdirilirdisə,hazırda vəziyyət daha acınacaqlıdır!
1937-ci illərdəki kimi-sanki bu ölkədə məmurların əsas missiyası Biz Vətəndaşlara xəyanət etmək,erməni dəyirmanına su daşımaq vəzifəsi,təlimatına mutasiya edilmiş,robotlaşmışlar.
Səltənətlərini namus alverçiliyi,sutenerlik,jqala üzərində qurmuş geniş hakimiyyət resurslu osminoqun sifarişi,cəmiyyətin çox yaxından tanıdığı bir neçə ədəd istifadə limitləri bitmiş yüyənsiz tumanı cırıqlardan ibarət "zərərçəkmiş"kolleksiyasının arxasına arxa olub,marginal cəza orqanlarının icraçılığı,ehtimal və mülahizələrlə 11 yıl,kiçik zonalarda-dövlətçiliklə,qanunçuluqla heç bir əlaqəsi olmayan,iyrənc kayotaları seyr etməkdəyəm!
Genetik-kod,Ata-babalarımın miras buraxdığı:
"Yüz yıl alçaqcasına,alçalıb "yaşamaq"dansa,dövlət-xalq adından məkirli istifadə edib varlanmaqdansa,ölmək və ya həbs yatmaq şərəflidir",ibrətamiz nəsihətlərini tərciyə edib,haqqın və haqlının sözçüsü olmağımla bağlı baş verən bütün hekayələrdən şəxsən məlumatlısınız!
Erməniyə dayı deyib,alçaqcasına alçalıb "yüksələn" vəzifə kuliarlarında Prezidentin səlahiyyətlərini belə (Azərbaycan Respublikası Konstitusiyası:maddə 109.22) al-ver predmetinə çevirən reneqat-spekulyantlardan fərqli olaraq,Mən dövlətimə-Vətənimə-Xalqıma hər zaman sadiq qaldım,qalacamda!
VƏZİFƏ,VAR-DÖVLƏT UĞUR GÖSTƏRİCİSİ DEYİL!
Ölkəmizdə "ifadə və söz azadlığı" həbsxanada girov saxlanıldığından,demokratiya-Vətəndaş məmnunluğu dəmir tabutlarda ("varanok") daşınarkən, "ədalətin bərqərar olunacağı" xəyanət yuvalarında ("məhkəmə") barmaqlıqlar arasından məhkumlarla AR-sı adından "hökm"çıxaran hay-kimilərin bazarlıqlarını eşidib seyr edərkən,vicdan əzabı çəkir İNSAN !
İnsanlıq,dövlətçilik İdealları-indiki qədər hüquqsuz,arxasız,kazus,anarxizm məziyyətində olmamışdır!
Təkrarən bilinsin ki,ailə və şəxsi ehtiyaclarını məhkumların hesabına ödəyən və təmin edən məlum cinayətkar birliklər həbsxanadakı həyatımı,hüquqlarımı hökumət adından işğal edib,irtica illərinin tarixini yazırlar.
Cinayətkar birliklər həbsxanadakı ölüm laboratoriyalarında qazandıqları kirli pulları,kriminallarını görməməyimdən dolayı 25.09.2018-ci il tarixdə ƏNPX-in 11 saylı bazarından  ("c.ç.m") əsassız fors-major 15 saylı talkuçkaya ("c.ç.m") sürgün edib 100(yüz)gün karserdə girov saxlayıb,xəbərim və tanışlığım bu günə kimi olmayan 16(on altı) "töhmət" konfidensial-konsensus tərtib edib,həbsxana içərisində 06 aylıq qəddar,qeyri-insani ləyaqətsiz həbsxana inkvizisiyasına "məhkəmə qərarı" ilə müvəffəq olmuşlar !
Metropolitein Əhmədov Tağının sonradan?! hakim etdiyi oğlu-Əhmədov Rauf qanun al-verçiliyi üzrə 18.12.2018-ci il tarixli,7(007)-2133/2018 saylı qondarma qərarından etdiyim "Apellyasiya Şikayəti" Bakı Apellyasiya Məhkəməsinin hay-kimi Rəşad Abdulov zatında ədalətin bərqərar olunacağı ünvanın bir daha ənənəvi xəyanət yuvasına-pritona çevrildiyinin şahidi oldum!,mənəvi əzab yaşadım!!!
Düşünürəm ki,Biz Xalq olaraq nə vaxta qədər məə-mırr heyvərəliyi-korrupsiya-rüşvət-amoralizmin özünü dövlət hesab etdiyi ölkənin hüquqsuz vətəndaşı olaraq qalacayıq ?
Ermənizm girovluqda saxladıqları Şahbaz Quliyev,Dilqəm Əsgərova qarşı hüquqi münasibətdə virtual-süni olsada bir neçə dəfə məhkəmə prosesi keçirtdi.
Bakı Apellyasiya Məhkəməsinin hay-kimi Abdulov Rəşad mövcud iş üzrə 1 dəqiqə ərzində təqsirkarı,zərərçəkmişi tanımadan,dinləmədən,təqdim etdiyim 12 vəsatət barəsində münasibət bildirmədən,təyin etdikləri "vəkilə" etirazıma məhəl qoymadan,ürkək "birinci instansiya məhkəməsinin qərarı dəyişilmədən qüvvədə saxlanıldı" ifadə edib, "mantiya" deyil,tumanının ətəyini yığıb zaldan qaçdı.
Bu cür əxlaqsız davranışları partniyorundan məmnun qalmayan fahişələr edə bilərdi....!
Sözsüz ki,Ədalət olmayan yerdə əxlaqda olmaz!
Vətəndaşı olduğum AR-da cinayət işləri üzrə məsul olan,lakin rüşvət almayan,sifariş satellitinə çevrilməyən,dövlət-qanun-vətəndaş tanıyan bir nəfər ədalətli hakimin inisialını,ünvanını demək mümkündürmü ki,hər an sövq-təbii qarşılaşacağımız kazusla bağlı həmin ünvana,şəxsə inamla müraciət edək?
Qayda olaraq,hüquqların bərqərar olunması,tanınması üçün vacibdir ki,tələb olunan haqqı (rüşvət), yada ki,sifarişçi-iri buynuzlu prototipə calaqçı tapasan !!!
Niyə?-Ədalətin bərqərar olunacağı xəyanət yuvalarında ("məzhəkə") İnsan-qanun alverçiliyindən yığılan bu qədər rüşvət dövlət büdcəsinə deyil,bir çox qandan və candan pul çıxarmağa öyrəncəli rüşvətxor hay-kimilərin ciblərinə axmalıdır ?
De-fakto,de-yure Qanunlarımız maddələr üzrə satış predmetidir !
Dövlət-Xalq adına beynəlxalq aləmdə ənənəvi rüsvayçılıq səhnəsinə çevrilmiş məhkəmələr "Asan Xidmət"ə verilsin və iftira krujevasına bürüdülən hüquqsuz Vətəndaşda "rüsum"ödəyib,haqqını bərqərar etsin!
Xüsusi olaraq,Sizdən istəyim budur ki,bu məkanlarda dövlət tanınmadığından,İnsan taleyi islahla-istismarın mahiyyətini qanmayan,debil-zombi-barbarların səlahiyyətinə buraxıldığından,
Nədə
Suçlandığımın,barəmdə ƏNPX-in 15 saylı talkuçkasının ("c.ç.m") rəisi yusifov tahir tərəfindən 100(yüz)gün karserdə olarkən barəmdə qondarma tərtib edilmiş 16(on altı) "tənbeh tədbiri"nin mahiyyətilə tanış olmaq haqqım tanınsın!
Göstərilənləri,Azərbaycan Respublikası Konstitusiyasının 8-ci maddəsinin 4-cü hissəsini (AR-sı Prezidenti məhkəmə müstəqilliyinin təminatçısıdır.)
Bakı Apellyasiya Məhkəməsinin hay-kimi Abdulov Rəşad tərəfindən tanınmayan,tapdağa çevrilən CPM-nin 302-404-cü,Konstitusiyanın 6-8-12-24-25-26-31-46-65-68-71-125-127-147-149-151-ci maddələrinin və Mənim hüquqlarımın işğaldan azad edilməsi,dövlət adından həyata keçirilmiş gestopizm-amoralizm-despotizm-anarxizm cinayətlərinin müəllifləri və əsas moderatorları barəsində hüquqi dövlətin mahiyyətinə uyğun zəruri tədbirlər görməyi xahiş edirəm!
P.S.2019-cu ildən üzübəri yazdığım bə hələdə hüquqi həllini tapmayan "Müraciət"lərdən biridir.
Cənab İlham Əliyev Prezident administrasiyasının əvvəlki kimi işləmədiyini nitqindən sonra,məhz hələdə açıq qalmış,üstü açılmayan cinayət faktları üzrə "Müraciətlər"i təkrarlayıram və köməkçilərinin ədalətli mövqe sərgiləyəcəyinə,problem yaradan absesli orqanların üzərinə göndərməyəcəyinə ümid edirəm!


İstifadəçi paneli