SİFARİŞLİ QƏTLİN SİMPTOMLARI...
PROKUROR FASİLƏDƏDİR !?
ASMEDİA.AZ
24 aprel,2015-ci il tarixdə amansızcasına qətlə yetirildikdən sonra,Sabunçu rayon 2-ci Sovxoz ərazisində yarımçıq binada asılı vəziyyətdə nəşi tapılmış-hərbiçimiz Telmanzadə Razim Rahid oğlu barədə Vətəndaş cəmiyyətilə bərabər,Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və
bütün hüquq mühafizə orqanlarına doğmaları tərəfindən edilən israrlı müraciətdən sonra,Polis-Prokurorluq Orqanlarında gəlişmələr olsada,qətlin Sifarişçisinin maraqları səbəbindən bürokratik sabotajlar yenidən özünü hökumət hesab etməyə başlamışdır.
R.Telmanzadənin Valideyinlərinin Prezidentə və Müstəqil Mediaya etdiyi müraciətdən sonra,səlahiyyətlərimiz çərçivəsində apardığımız araşdırma bizədə şok terapiya yaşatdı.
Əvvəlcə icrası tapşırılmış Sabunçu rayon Prokurorluğu ilə əlaqə saxladıq.
Pirallahı rayon Prokurorluğundan Sabunçu rayon Prokuroru vəzifəsinə yenicə təyinat almış İbrahim Ləmbəranski ilə əlaqə yaratmaq istədik.
Telefon dəstəyinə cavab verən şəxs cinayət hadisəsindən xəbərdar olduğunu və iş materiallarının Prokurorun köməkçisi Azər İsmayılovda olduğunu bildirdi.
Azər İsmayılovun kabinet telefonu cavab verməsədə,növbətçi polislə danışığı tərəfimizdən açıq eşidilirdi.
A.İsmayılov nahara qədər Apellyasiya məhkəməsində olacağını,nahardan sonra zəng etməyimizi bildirsədə,nahardan sonra hadisə yerinə yollandığını polisə bildirdi...və 1 saatdan sonra,zəng etməyimizi bildirsədə,səhər saat 9:00-dan axşam saat 17:00-dək dəstəyi qaldıran olmadı.
Baş Prokurorluqda İstintaqa nəzarət idarəsi ilə əlaqə saxladıq.
Onlar optimal variant kimi,Bakı Şəhər Prokurorluğunda Sabunçu rayon üzrə nəzarət edən ("ukrator") prokuror Zeynal Zeynalovla əlaqə saxlamağı bildirdi.
Zeynal Zeynalovun da kabinet telefonuna cavab verən yox idi.
San ki,sistem karantindədir.
Araşdırmalarımız davam edir və Prokurorlar fasilədən qayıtdıqdan sonra,suallarımızın cavabı ilə sizləridə tanış edəcəyik.
Kamal.