Rusiya sərhədimiz önündə hərbi təlimə başladı

27-07-2020, 23:04

Rusiyanın Cənub Hərbi Dairəsi hərbi təlimə başlayıb.
ASMEDİA.AZ xəbər verir ki, bu məlumatı Rusiya Cənub Hərbi Dairəsinin Mətbuat Xidməti yayıb.
Təlimə 5 min hərbçi cəlb edilib. Təlimin Dağıstan, Şimali Osetiya, Çeçenistan, Abxaziya və Cənubi Osetiyada keçiriləcəyi vurğulanıb.
Cənub Hərbi Dairəsinin bu addımı “Qafqaz 2020” təliminə hazırlıq çərçivəsində atdığı vurğulanıb.


İstifadəçi paneli