BÜTÜN YALANLAR MƏĞLUB OLMAQ ÜÇÜN DOĞULUR!
Tragikomik coğrafi məkanın sakinləriyik!
Dövlətə-Xalqa-İnsanlığa qarşı mənfur-məkirli alçaqlıq etmiş və etməkdə davam edən alçalaraq "yüksələn" prototiplər dövlətin bütün diqqət və qayğısı ilə əhatə olunduğu halda,məhz məlum naxırın milli-siyasi heçkimliklərini görən,heç bir anti-tezis hazırlamadan de-şifre edənlərin gözləri kor,qulaqları kar,azadlıqları oğurlanır, düşmən obrazı yaradılır....
Mənfur istehkam maşını əzib keçərkən,arxada yaralı,yarımcan,şikəst buraxdığı İnsanlıqdır,Vətəndaşdır,Milli Qürurdur.
Milli qüruru,milli heysiyyatı olmayan Millətin heç nəyi olmaz!
Çörəkləri,araqarışdırmadan,şər-böhtandan,yaltaq-yalaqlıqdan çıxanların əməyi-əməli nəticəsində,milli vəhdət,vətəndaş həmrəyliyi, "am" şurasının, şenok fraksiyasının günündədir.
İnsanlar heç nəyə inanmır,"uğur göstəricisi" kimi ölənlərin,həbs edilənlərin statistikası muştuluq edilir!?
İmic-reputasiya problemləri,ciddi problemi olan,cənab heç kimlərin ağızları və ya mədələşmiş başları ilə məlumatsız kütlə şüuruna transfer edilir!
Yəni qatı cinayətkar, "cinayətkarlığa qarşı" mübarizədən,narkomafiya "narkotikaya qarşı" mübarizədən,fərari "vətənpərvərlikdən", QıF-lar bir qayda olaraq "namus-qeyrətdən" bəhs etməkdədir....!?
Bütün bunların təkcə vətəndaş cəmiyyətinə psixoloji sarsıntı yaşatmır,başlıcası uğursuzluqlar, məğlubiyyətlər xronologiyasında ciddi pay sahibidirlər.
Baxmayaraq ki,bütün yalanlar məğlub olmaq üçün doğulur....