ÇİMƏRLİKLƏRƏ 500 NƏFƏR BURAXILACAQ !

4-08-2020, 23:01


ASMEDİA xəbər verir ki, bunu “ASAN Xidmət”in rəhbəri Ülvi Mehdiyev deyib:
"Çimərliyin doluluq səviyyəsi tam dolubsa, əlavə şəxs ora buraxılmayacaq. 
Çimərliklər səhər 8-dən axşam saat 21-dək fəaliyyət göstərəcək. 
Hər bir çimərliklərdə könüllülər fəaliyyət göstərəcək. 
Onlar tələblərə riayət olunmasının monitorinqini həyata keçirəcəklər. 
Əgər çimərlik 500 nəfərlikdirsə, artıq 501-ci şəxs ora buraxılmayacaq.
Vətəndaşlar monitorinqdən kənarda qalan, reyestra salınmayan çimərliyə gedəndə ehtiyatlı olmalıdırlar. Çünki orada dezinfeksiya işləri aparılmaya bilər".


İstifadəçi paneli