Partlayan ammonium nitrat deyil – Sabiq kəşfiyyatçı

5-08-2020, 23:20

Beyrutda silah-sursatların partladığını düşünürəm.
ASMEDİA.AZ xəbər verir ki, bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) sabiq əməkdaşı Robert Baer deyib.
“Partlayışın görüntülərini izlədim. Narıncı rəngdə olan alov topuna baxdıqda hərbi partlayıcı olduğunu görürəm. Bu ammonium nitrat deyil. Ağrəngli duman ammonium nitrat ola bilər. Ancaq daha sonra silahların partladığı açıq şəkildə görünür”, - R.Baer bildirib.
Qeyd edək ki, Beyrutda partlayış zamanı həlak olanların sayı 100 nəfəri keçib.


İstifadəçi paneli