GÜLƏR ƏHMƏDOVANIN OĞLUNA HÖKM OXUNDU
ASMEDİA.AZ
Bakı Şəhəri,Nərimanov rayon Məhkəməsində,hakim Samir Məmmədovun sədrliyi ilə keçirilən Məhkəmə prosessində təqsirləndirilən şəxs Toğrul Əhmədova hökm oxunub.
Toğrul Fikrət oğlu Əhmədov sabiq YAP-çı deputat Ğülər Əhmədovanın oğludur.
Hökmə əsasən, T.Əhmədov 2 il müddətinə azadlıqdan məhum edilib. O, Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz silah saxlama) maddəsilə təqsirli bilinib.
Qeyd edək ki, 1987-ci il təvəllüdlü Toğrul Fikrət oğlu Əhmədov Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının fevral ayında keçirdikləri xüsusi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Onun idarə etdiyi BMW markalı avtomobilinə baxış keçirilən zaman 1 ədəd “Glock-19” markalı tapança, 2 ədəd patron darağı və 38 ədəd patron aşkar edilərək götürülüb.
Ona Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz silah saxlama) maddəsilə ittiham verilmişdi.