SAHİBKARLIĞIN İNKİŞAFI FONDUNA SƏDR TƏYİNATI
ASMEDİA.AZ
Azərbaycanda özəl sektorun və Britaniyada çalışmış təcrübəli kadrı dövlət qurumunda yüksək vəzifəyə təyin edilmişdir.
Məlumata görə, Kənan Nəcəfov İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinə (SİF) sədr təyin edilib.
K.Nəcəfov bundan öncə, özünün yaratdığı “Yeni Kapital” şirkətinin direktoru olub.
Əvvəllər “Nobel Oil” şirkətində Baş direktorun müavini, “BP” (London), “Citi Group” (Londonda) və Dünya Bankında çalışmışdır.
Xatırladaq ki, SİF-in İdarə Heyəti vakant idi və iki müavin vardır. Fondun fəaliyyətinə cari rəhbərliyi İdarə Heyəti həyata keçirir.
İdarə Heyəti üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsini, habelə səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsini Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin səlahiyyətindədir.