İMTİYAZLI MƏHKUM XƏSTƏLƏRƏ QƏNİM KƏSİLİB

13-08-2020, 21:53


Penitensiar Xidmətin 11 saylı C.Ç.M-də kef çəkən Həsənov Rövşən Qalib oğlu rüşvət hesabına strateji obyekt hesab ediləcək müəssisəni şəxsi obyektinə çevirməklə yanaşı Tibb Sanitar Hissəsini bütövlükdə, həmin müəssisənin sabiq rəisi Fikrət Qafarov tərəfindən yaradılmış "Həkəri" instrumental  ansanblının üzvlərinə məxsus otağı 15000(on beş)min manata satın alıb  mühafizəçilərinin sərəncamına vermişdir.
Eyni zamanda ansanblın bütün üzvülərini zondan sürgün edib,şəxsi hesablarına aldıqları alətlərini satmışlar.
Tez-tez hüquqsuzluq,hakimiyyətsizlik,sahibsizlik səbəbindən dünyasını dəyişən məhkumlar TSH-nə buraxılmır,heç bir tibbi yardım edilmir.
Rövşən Həsənov zonda qürurlu-əqidəli məhkumların iradəsi əleyhinə törətdiklərindən isterikaya düşərək və yarana biləcək təhlükədən  "sığortalanaraq" qarnı uğrunda yaşayan bir neçə şəxsi,o cümlədən:
1.Təhməzov Rəhman İltifat oğlu;(Füzuli)
2.Quliyev Sahil Zakir oğlu;(Füzuli)
3.Məmmədov Xəyal Mobil oğlu (Yevlax) və.s,məhkumları yanında saxlayaraq,təkcə TSH-ni deyil,görüş,kafe,restoran,məscidi nəzarətdə saxlamaqdadır...
VVAQ-da olan məhkumlar tələb olunan 300 manat görüş haqqını verə bilmədikləri səbəbindən illərlə ailəsinin-övladlarının görüşünə həsrət qaldıqları halda,Rövşən Həsənov və mühafizəçiləri hər gün VVAQ-dan kənar şortu-biznesin mavi və çəhrayı mütrüflərinin araçılıqları ilə 11 saylı müəssisədə ataloqsuz inkişafa heykəl qoymaqdadırlar!
Kriminal aləmdə sonaloqsuz inkişafın prioritetlərindən biridə budur ki,Rövşən Həsənov Polis zabitini qətlə yetirdiyinə görə 9 il,silaha görə 1 ay iş alıb.
Analoji hadisəyə görə yüzlərlə Vətəndaş ömürlük həbsə məhkum edilmişdir.
Rövşən Həsənov SAB kolbasa zavodunun direktoru hacı Sabirin kürəkəni, Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Məhkəmə-kimya şöbəsinin sabiq rəisi Qalib Həsənovun oğludur. 
Rövşən Həsənov, Nadir İbrahimovu idarə etdiyi "Lexus” markalı 90 SF 333 dövlət nömrə nişanlı avtomobilində güllələyib.
O,görüş yerinə şəxsi-"Lexus” markalı 10 VM 006 dövlət nömrə nişanlı avtomobillə gəlmiş və 8 güllə vuraraq qətlə yetirmişdir.
Mərhum N.İbrahimov biznesmen Nizami Piriyevin qaynı olan Namiq Əsədovun şəriki idi. İki uşaq atası olan Nadir məşhur müğənni Azər Zeynalovun qaynıdır.
Nadir İbrahimov və Namiq Əsədov "Butastone” şirkətinin həmtəsisçiləri olublar. 
Onlar arasında konflikt var idi. N.İbrahimov öz şəriki Namiq Əsədovu fəhlələrin maaşını verməməkdə ittiham edirdi. 
Tərəflər arasında səngiməyən mübahisə məhkəməyə qədər gedib çıxıb və nəticədə Nadir İbrahimov məhkəmədə iddia qaldıraraq Namiq Əsədovla birgə çalışdığı müddətdə "Akkord” şirkəti üçün gördükləri tikinti işlərindən alacaqları 200 min manata yaxın pula həbs qoyulmasını tələb edib. Məhkəmə isə onun iddiasını təmin edib.
11 saylı c.ç.m-nin rəisi Vəli Şirinovdur.
Onun böyük biznes şəbəkəsi,o cümlədən 28 mall ticarət mırkəzində,Məmməd Araz küçəsində geyim mağazaları,apteklər şəbəkəsi,şadlıq evləri,maşın ehtiyat hissələri dükanları,İmişlidə ferması var.
Müavini-İlqar Mirzəyev sabiq kalon rəisi,"baron Elman" kimi ad çıxarmış Balaxanılı Elman Əlişirovun kürəkənidir.
Bir neçə yerdə qadın gözəllik salonları,donuz fermaları,saunası vardır.
Müavin-Faiq Qarayev sabiq rəis,hazırda Ədliyyə Akademiyasında baş müəllim kimi "çalışan" Misir Əliyevin kürəkəni,3 saylı İstintaq idarəsinin rəisi,Cəlil Əliyevin qaynıdır....
Ardı var...
Kamal 
Hər kəsin söz haqqı tanınır.


İstifadəçi paneli