ŞƏMKİRİN İCRA BAŞÇISI KİMDİR ?
Azərbaycan ataloqu olmayan sonaloqsuz inkişaf edən ölkədir ki,burada kadr potensialı bir qayda olaraq,nepotizm fəlsəfəsi üzrə həyata keçirildiyindən, Xalqın maraqları,Vətəndaş məmnunluğu rüşvət çəlləyində qıcqırdığından, Ləyaqətli-Vicdanlı-Passioner Patriotlar şərlənib həbsxanalarla mükafatlandırıldığından, siyasi-media meydanı hərşeyşünas,hər şeyini satıb tükənmiş buqələmlərin ağızları üzrə dolub-boşalır.
Redaksiyamıza müraciət etmiş Şəmkir Şəhəri, Sabirkənd kəndinin camaatının söylədiklərini,çəkib göndərdiklərini həzm etmək insanlıqdan kənar bir hissdir.
Bildirilir ki, Əliyev Bəxtiyar adlı birisinin direktivləri üzrə kənd Camaatının təşəbbüsü ilə kəndin gözəgəlimli məkanında ŞƏHİDLƏRİMİZİN Şərəfinə asılmış fotolar sökülməkdədir !
Sanki anti-təkamül dövrüdür !
Bu rayonun İcra Hakimiyyəti başçısı kimdir?
Bu kəndin bələdiyyə sədri varmı?
Təhlükəsizlik Orqanlarının missiyası nədən ibarətdir ?
Şəhidlərimizin qisasını beləmi alırsız???
Polad Həşimovun böyüklüyünü dərk etmək belə hər İnsanın mənliyi-başı üçün deyil !
Bunun üçün vacib şərtlərdən birincisi mənəviyyatlı bir ailənin övladı olmaqdır.
Mövzu diqqətimizdədir.
Kamal