TOPRAĞIN XİLASI, ŞƏHİDLƏRİN QİSASI !

16-08-2020, 18:30

İdeal Holdinqin Sahibi, Qarabağ Qazisi, keçmiş Siyasi və Vicdan məhbusu Nazim İdeal rəsmi Fasebook səhifəsində paylaşdığı yazını diqqətinizə çatdırırıq:  

ŞƏHİD  POLAD  HƏŞİMOVU  və digər döyüşçülərimizi bir atışla öldürdüyünə görə,erməni kapitan sanamyana milli qəhrəman adı verildi.
Azərbaycanda daha çox fərarilərin-könlünü və ruhunu satmış renaqatların stiqmalanması üçün orden-medal paylanıldığı halda,Topraklarımızın 20 faizini işğal etmiş,Xocalı terror aktını həyata keçirmiş,1700 nəfərdən çox qız-gəlini girov götürmüş,1 milyondan artıq Soydaşlarımız  tərki-vətən etmiş ermənistanda bu günə kimi cəmi 17 milli qəhrəman var!
Azərbaycanda isə təkcə yüksək vəzifədə təmsil olunan məmurların 17-nin arvadı,nənəsi,gəlini ermənidir...
Milli Qəhrəman adı ermənistanda yalnız hərbiçilərə deyil, bu millətin mənfur ideologiyasına xidmət edən milliyyətindən asılı olmayaraq hər kəsə şamil edilir.
Sonuncu dəfə, Milli Qəhrəman adı Argentinada yaşayan Ernekyan Eduardoya verilib. “Ermənistanın çiçəklənməsi və yenidən qurulmasında əvəzsiz xidmətlərinə görə”. 
  Ermənistanın Baş naziri Nikol Paşinyan, son döyüşlərdə iştirak edən bir qrup hərbçiyə ən yüksək dövlət mükafatlarının verilməsi barədə prezident Armen Sarkisyana müraciət edib.
Paşinyan facebook səhifəsində yazır: “Tavuşdakı döyüşlərdə 16 iştirakçını 1-ci dərəcəli Döyüş Xaç ordeni, 55 hərbçi 2-ci dərəcəli Döyüş Xaç ordeni, Kapitan Ruben Sanamyan isə Milli Qəhrəman adına layiq görüldü. Elə indicə, kapitan Sanamyanla görüşmək şərəfinə nail oldum".
Kapitan Sanamyan 2012-ci ildə 2-ci dərəcəli "Döyüş Xaç" ı aldığı məlumdur. 25 sentyabr 2016-cı il tarixində Dilican şəhəri günü "Təşəkkür" mükafatını alıb. "Marşal Baqramyan" medalına da layiq görülüb.
Çox üzücüdür. 28 yıldır ki,Millət olaraq təkcə özlərini deyil,abırsızcasına ŞƏHİDLƏRİMZDƏ aldadılır !?
Ölkədə nə qədər yaramaz fərari,sürüşkən şərin dişisi,korrupsioner zombi..., varsa hamısının sinəsi medallı,arxası qaytanlıdır.
Son aylar vəzifəsindən çıxdaş edilən sonaloqsuz qapançıdan başlamış həbs edilmiş başsız başçılara kimi əksəriyyətinin  me-dallı olması bir yana "vətənə xidmətlərinə" görədə ödüllü imişlər!?
Hansı kriteriyalara görə stiqmalandırma bəllidir...
Pretenziya etmirəm,boş yerlərinizi doldurun!
28 yıldır ki,ermənilərin doldurduğu,cənnət-məkana çevirdiyi, əzəli Topraklarımıza qayıtmaq,doldurmaq üçün cavab atəşi deyil,yaylım atəşi açmaqdan ötrü Azərbaycan nə vaxt ayağa qalxacaq???
Uğrunda canından,əzizlərindən,sevdiklərindən keçmiş Mübarizlərin,Əliyarların,Aqillərin,Asiflərin,Poladların, qisasları nə zaman  alınacaq ?


İstifadəçi paneli