OĞRULARA DÖVLƏT QAYĞISI GÖSTƏRƏN KİMDİR ?

16-08-2020, 19:36


MÜSTƏNTİQ  RAMAL  ŞAHMAROVDU...
ASMEDİA.AZ
Səbail rayon Şeyx Şamil küçəsi  17, mənzil 50 ünvanında bir qrup şəxs tərəfindən həyata keçirilmiş oğurluq  cinayəti üzrə sosial mediada yayımlanan geniş materialdan sonra,yeni detallar ortaya çıxmışdır.
Belə ki,həmin ünvanda yaşamış Yəhudi kökənli Rafiq Şuminov mənzili sahibinə təhvil verdikdən sonra, qapının açarının nüsxəsini dostluq etdiyi Fariz Hüseynovda saxlamaqla,mənzilin özünə aid olduğunu bildirmişdir.
Dostunun jestindən bəhrələnən Fariz Hüseynov qonşuluqda yaşayan bütün yaxınlarını,o cümlədən məşhur Nihad Ruhullaoğlunun əsas moderatorluğu ilə digər qaranlıq həyat tərzi yaşayan gənclərlə günlərinin "mənalı" keçməsi naminə qanunsuz daxil olduqları mənzildəki gözəgəlimli əşyaları dəyər-dəyməzə satmışlar.
Mülkiyyətçi uzaqda yaşadığından mülkiyyətə qanunsuz daxil olan "kradon"ların əməllərindən məlumatsız olsalarda,digər zərərçəkmiş qonşular onların yüyənsiz həyat tərzlərinin seyricisinə istəmədən çevrilmişlər.
Cinayətn üzərini məhz ZƏRƏRÇƏKMİŞİN ÖZÜ açsada,hadisənin Qanuniləşdirilməsi məqsədilə 102 çağrı Xidmətinə olunan zəng və autentik Polisin davranışları xoş təsir bağışlasada,sonrakı hərəkətlər Vətəndaşa şok-terapiya yaşatmışdır.
7300 manat dəyərində oğurlanmış əmlak Zərərçəkmişə qaytarılmasada,həbs edilənlərin demək olar ki,əksəriyyəti sərbəst buraxılmışdır.
Əldə etdiyimiz məlumata görə ev əşyalarının oğurlanmasında müstəsna xidmətləri olmuş Nihad Ruhulla oğlunun narkoloji dispanserdə müayinədən keçirilməsi zərurəti yaransada, evə buraxılmışdı...
Hazırda sona saxlanılan Fariz Hüseynovdur və onunda azad olunması üçün Müstəntiq,Polis mayoru Ramal  Şahmarov universal ssenari üzrə "əziyyət çəkməkdədir".
Paradoksaldır  Vətəndaşın iradəsi əleyhinə mülkiyyətinə daxil olurlar!?
Dövlətin tanıdığı və qorumalı olduğu mülkiyyətini oğurlayırlar,əşyalarına zərər vurulur !?
Hüquqi qiymət verməli olan Səbail Polis İdarəsinin müstəntiqi "Zərərçəkmiş"ə dəymiş ziyanın bir manatını ödəmədən, təsbit edilən, evə daxil  olmuş şəxsləri əvvəlcə tutur,sonrada buraxır !?
Qanunların kimisinə imtiyaz,kimisinə cəza verməsi kimi müddəanın mövcud olmadığını əsas gətirən Zərərçəkmiş mülküyyətindən oğurluq etmiş hər kəsin cəzalandırılması ilə bağlı Prezident cənab İlham Əliyevə, Dövlət Təhlükəsizlik Xidmətinə,Baş Prokurora və Daxili İşlər Nazirinə rəsmi müraciət etmişdir!
Mövzu diqqətimizdədir.
Kamal


İstifadəçi paneli