SƏBAİL RAYONUNDA TRAGİKOMİK OĞURLUQ
Bakı şəhəri,Səbail rayonu Şeyx Şamil küçəsi 17,mənzil 50 ünvanında qəribə oğurluq hadisəsi baş verib.
Mənzildə kirakeş yaşamış Rafiq Şuminov onda olan ehtiyat açarı yaxın dostu Fariz adlı şəxsə verərək,istədiyi vaxt gəlib qalmasını və dincəlməsini jest etmişdir.
İyun ayında mənzilin kirayə borcunu verə bilməyən R.Şuminov,valideyinləri vasitəsilə mənzili sahibinə qaytarır.
Mənzilin sahibi Mənzilində qalmağı qərarlaşdırır və çatışmayan əşyalarla təmin edir.
09.08.2020 tarixdə qonşu mənzilin sahibinə telefon açıb etirazını bildirir ki: "Sizin mənzildə yaşayan kirakeşlər giriş qapısının kilidini sındırıb,deyin ki,düzəltsinlər".
Ev sahibi qonşunun sözlərindən təəcüblənir və heç kimə kirayə vermədiklərini bildirir.
Və eşitdiklərinə inanmayan mənzilin sahibi dərhal hadisə yerinə gəlir.
Həqiqətəndə qapının sındığını görən mülkiyyətçi əsas qapını açıb evə girərkən,gördüyü mənzərə onlara şok terapiya yaşadır.
Eyvanın,mətbəxin qapı-pəncərəsi tayba-tay,rumkalar,kart,hell,siqaret kötükləri stol-stulun bəzəyinə çevrilib.
Törədilənlərə düzəliş etməyən mülkiyyətçi bir neçə gün özü göz olaraq axşam saat 10-dan,3-dək pusquda olsada mənzilə daxil olan şəxs və şəxsləri tapa bilmir.
Nəhayət qonşunun sındırılmış qapısının açarının pulunu ödəyərkən,qonşu evə daxil olmuş şəxsi tanıdığını bildirir!
Tanıdığı həmin şəxs əvvəlki kirakeş Rafiqin yanına gəlib-gedən başı qıvrım 23-26 yaşlı oğlan olduğunu demişdir.
Nəhayət 13.08.2020-ci il tarixdə, mülkiyyətçi 102 Çağrı Xidmətinə xəbər verir.
Hadisə yerinə Səbail rayon Polis idarəsinin cinayət axtarış şöbəsinin rəisi,müstəntiq,ekspertiza qrupu operativ şəkildə gəlirlər və aşkar fakt üzrə araşdırmaya start verirlər.
Rafiq Şuminov,Fariz,Nihad və digər şəxslər həbs edilsələrdə R.Şuminov sərbəst buraxılmışdır.
Zərərçəkmiş Şəxsə dəymiş 7300 manat dəyərində maddi ziyan hələdə qaytarılmamışdır.
İstintaq hərəkətləri davam etdirilir.
Mövzu diqqətimizdədir.
Kamal