XALQ ADINDAN BAZARLIQ...
İdeal Holdinqin Sahibi, Qarabağ Qazisi, keçmiş Siyasi və Vicdan məhbusu Nazim İdeal rəsmi Fasebook səhifəsində paylaşdığı yazını diqqətinizə çatdırırıq:
ƏN BÖYÜK XƏYANƏT
Xalq adından o kəslər danışa bilər ki,Xalq tərəfindən seçilsin və yaxudda sevilsin !
Artistindən dubtatına kimi hər kəs haqqı olmadan Xalqın haqqına girməkdədir !
"Xalqım-mənim Xalqım"!?
Ümumiyyətlə bir qayda olaraq, şəxsi korporativ maraqlar naminə,könlünü və ruhunu satmış nakəslər bu bazarlıqda daha aktiv görünməkdədir!
Bir məqam üzərində xüsusilə dayanmaq istəyirəm!
Bu ölkədə az-az Ailə tapmaq mümkünsüzdür ki, şərin-rüşvətin kor ülgücünə tuş gəlməsin və zindana atılmasın !
Lakin hüquqsuz,arxasız,imkansız yüzlərin haqqını tanıyan,dərdinə şərik olan,hüquqlarının bərqərar olunması uğrunda çarpışan birini gördünüzmü???
30 yıldır ki, bir-birilərini "qəhrəman", "hüquq müdafiəçisi", adlandıran və mövcud hökumətin ideologiyasını tənqid edib,bəyənməyənlər görürsünüzmü indi hardadırlar? və onların ağızları deyil,ürəklərindən keçən nə imiş?
Mən bu satqın,əqidəsiz,namusu ilə alver edən ədədlərin neçə baş olduqlarını bilirəm və yəqin ki,Sizdə tanıyırsız!
Söydükləri hökumət onların hamısını stiqmalayıb və əbədi çidarlayıb.
İndi bunlar təkcə özlərinin deyil,sülaləsinin həyatınıda təhlükə altında saxlamaqdadır.
Xalqın adından spekulyasiya-simulyasiya edən hərşeyşünaslar nədən bir dəfədə olsun ənənəvi boşboğazlıq edərkən, adından danışdığı Xalqın Zindanda döyülən,söyülən,öldürülən övladlarından bəhs etmirlər?
Bu günə kimi bir nəfər dubtatın səsini eşitmisinizmi? həbsxanada hər gün dünyasını dəyişən məhkumların ölmə səbəbi barədə nitq söylədiyini?
Soruşan olubmu ki,nədən hamı eyni diaqnoz üzrə tarixin arxivinə göndərilir?
"İctimai-nəzarət,ictimai-komitə" adlanan atlamaların əslində mahiyyəti nədir?
Nədənsə bu ölkədə çoxları tamaşaçı olmaqdan zövq alır?
Nə vaxta qədər başdaşılar "ziyalı" adlandırılacaq?
Nə vaxta qədər,eyni sifətlər,eyni satqınlar,ölkənin gündəminə dil uzadacaqlar?
Bu ideologiyanın başında duran başı boş xalqsız alçağın mənfur istəyinə nə zaman "stop" veriləcək?
Özlərini bir yandan Xalqa,o biri yandan rejim başçılarına yaxan mənəviyyatca satqın,əxlaqca pozğun,ideyaca düşgün tanınmışların Xalqın adından danışmasından böyük xəyanət yoxdur!
Bu kimi üzüntülər uzandıqca uduzan Xalq olur!
Xalq uduzduqca dövlətin bazisi günbə-gün erroziyaya uğrayacaq !