"TUB ZON"DA VƏZİYYƏTƏ QIRXLAROV BAXIR..!

18-08-2020, 21:33


ASMEDİA.AZ
Hazırda 3 Saylı İMM-də ("Tub Zon") komendantı "vəzifəsi"ndə  məhkumlara qan udduran Qırxlarov Elşən Mövsüm oğlu,sabiq
Bayraq meydanının rəhbəri Rəşad Məmmədovun ögey qardaşıdır.
Vətəndaş Roza Beydullayevanın boynundakı sepi qırıb qaçarkən həbs edilmiş E.Qırxlarov bundan əvvəlki həbsi dönəmində də "Tub Zonun" komendanı olub.
Zonlarda  komendant kimi fəaliyyət göstərən bu tip adamların bir qayda olaraq əsas missiyası,iş vermək,torba tikmək,onu bu posta təyin etmiş rəislərinin ailəsinin yaşamını məhkumların hesabına təmin etdirməkdən ibarətdir.
"Tub Zon"dan ASMEDİA.AZ  İnformasiya agentliyinə xəbər verən məhkum ailələri,yaxınlarının zona daxil olarkən,pul tələb edilməsi,verə bilmədikdə fiziki işgəncəyə məruz qalmaları barədə Prezidentə müraciət etmişlər.
Komendant Elşən Qırxlarov eyni zamanda vəkil Elmiranın oğludur.


İstifadəçi paneli