Koronavirus pandemiyasının nəticələri dünyanı dəhştəli aclığa sürükləyə bilər.
ASMEDİA.AZ xəbər verir ki, belə bir qorxulu proqnoz Ümumdünya Ərzaq Proqramının (ÜƏP - BMT sisteminə daxildir) rəhbəri Devid Bisli tərəfindən səsləndirilib.
Onun sözlərinə görə, pandemiyanın nəticələrinin yumşaldılması məqsədilə humanitar fəaliyyətin aparılması üçün təşkilata qarşıdan gələn yarım il ərzində ən az 5 milyard dollar pul lazımdır.
“Əlimizdə olan məlumatlar, o cümlədən dünya əhalisində ərzağa ehtiyac duyan insanların 80% artması (140 milyondan 270 milyona qədər) bizə əsl fəlakətin qarşıda olduğunu bildirir. Biz indi əsl qiyamət ssenarisi riski ilə üzləşmişik”, - deyə D.Bisli qeyd edib.
ÜƏP rəhbəri başçılıq etdiyi təşkilatın hazırda əsas vəzifəsinin 2020-ci ildə 138 milyon insana ərzaq yardımı götürməkdən ibarət olduğunu söyləyib. Bunun üçün isə yaxın 6 ay içində 4,9 milyard dollar lazımdır.