"QANUN" MAFİOZ QÜVVƏLƏRİN QARSONUDUR !
İdeal Holdinqin Sahibi, Qarabağ Qazisi, keçmiş Siyasi və Vicdan məhbusu Nazim İdeal rəsmi Fasebook səhifəsində paylaşdığı yazını diqqətinizə çatdırırıq:
Ölkəmizdə "Qanun" mafioz qüvvələrin iyrənc əməllərini görə biləcək gözləri kor, deyə biləcək dilləri kəsmək,yox deyə biləcək qolları qandallamaq üçün vardır !
Son günlər İnsanlığa-İnsan və Vətəndaş Hüquq və Əsas Azadlıqlarına sərgilənən aşkar kazus-diskriminasiyalar bunları yazmağı şərtləndirən səbəblərdəndir !
1.Bakı şəhəri,Səbail rayonu Şeyx Şamil küçəsi 17, mənzil 50 ünvanının qapısı sındırılaraq içəri daxil olan oğrular, mənzildən 73.000 manat dəyərində Vətəndaşa maddi-mənəvi ziyan vurması barədə sosial mediada tirajlanan yazılardan sonra,8 nəfər şübhəli şəxs qismində saxlanılsada, Rafiq Şumiyev cuhud olduğuna görə!?, Nihad Nurullahoğlu narkoman,atası narkobaron olduğuna görə !?,...,...,görə, 6-sı azadlığa,2 nəfər hüquqsuz-arxasız-dövlətsiz şəxs isə kürdəxanıya yatab edildi...
Zərərçəkmişə açıq mesaj verildi ki, "Dövlət-Qanun bizik,ciblərimiz, şəxsi qaydalarımızdır.
Bir daha 102-yə zəng vurub bizi narahat etmə !!!
2.Erməniyanlı bozşakal saksafonla qanunlara toy tutdu.Lakeyləri ayı xidməti göstərərək,qanmadan Xalqa mesaj verdiki,bu günə kimi zindanları doldurub-boşaldan,28 yıllıq məğlubiyyət xəlitəsinin tək müəllifi məhz "atvyorka" elmlərinin banisidir...
Necə olur ki,öz ailəsilə Şəmkirdə kiçik toy mərasimi keçirən 12 nəfərlik məclis üzvünü böyük-kiçik nəzərə almadan üzü divara çevrilmiş şəkilləri yayıldığı halda, Hayqanuş Yaramazyanın şəcərəsi "kayf-kayf"ın sədaları altında rəqs edə bilir ???
COVİD-19-da çox güman ki,virus qohum-əqrabasına ömürlük kart-blanş verib!?
3.Hansı Məzarlığa gedirsən,rüsvayçılıqdır.
Ömrü boyu bu dövlətə,bu xalqa xəyanət etmiş,qanını içmiş kriminal-korrupsionerlərin ya özü,yada ki, rəfizit atası boy verir,san ki,nə isə güdür.
Gül üzlü, Ləyaqətli-Şərəfli ömür sürmüş İnsanlarsa san ki, onlarla bir məkanda olmaqdan utanırmış kimi,məlul-məlul baxırlar !
Nə oldu?,bəs deyirdilər ki, bütün qəbirlər standart olacaq ?
Gəlir deklarasiyası haqqında 2005-ci ildə qəbul edilmiş qanun layihəsi kimi,yəqin buda sadəcə olaraq kitabların bəzədilməsi üçün lazım imiş!
4.Başsız,kriminal-korrupsioner məə-mırrlardan ən az cinayəti olanlarından 5-6-sı həbs edilib Kürdəxanıya göndəriblər !
Lap qəbristanlıqda olduğu kimi, bu məkanda da onların yeri-yurdu fərqlidir !
4 nəfərlik kamerada 20 nəfər yatmağının növbəliliyini gözlədiyi halda, başsız-başçılar 4 nəfərlik kamerada tək-tək dincəlirlər !
Qanundankənar bütün imtiyazları qanunun belinə yükləyiblər !
5.Narkobaron 1959-cu ildə Cəlilabad rayonunda doğulmuş, ARCM-nin 32.5;206.3.2;234.4.1;234.4.3-cü maddələrilə 12 yıl 06 ay müddətinə azadlıqdan məhrum edilmiş Baxşəliyev Əli Bayram oğlu-1 saylı c.ç.m-də "Pilot" adlanan korpusun 2-ci mərtəbəsində 10.000 manata otaq alıb, köhnə vərdiş və bazarlıqlarına lazımı şərait yaradıldığı halda, Şəhid Fizuli Oruclunun Övladı Elvin Oruclu cəza çəkməyə dövlət müəssisəsi tapmır !!!!
6.Qarabağ Qazisi Tofiq Yaqublu,erməniyə güllə atdığına, Əqidəsinə,Vicdanına görə şərləndiyi halda,hər gün qanunları alıb-satan,aşağılayan, cinayətkar damğası vurduqları məhkumların ciblərinə girib azadlığın bir ayını 500-1000 manata satan birisi qarşısında dayanması rəzillikdir!
Sözsüz ki,Qanunların köləliyə salındığı,alqı-satqı predmetinə çevrildiyi bir ölkədə Namuslu İnsanların ən abırlı yeri məhbəsdir !
Nə yazıqlar ki, ölkənin gəlirli sahələri kimi,həbsxanalarıda konsentrik dairələrin gəlir mənbəyinə çevrilmişdir və bu məkanlarda ən böyük qazanc məhz Qanunların satışındadır !!!