ONLARA TOYXANA, BİZƏ QUBADLI LAZIMDIR...
İdeal Holdinqin Sahibi, Qarabağ Qazisi, keçmiş Siyasi və Vicdan məhbusu Nazim İdeal rəsmi Fasebook səhifəsində paylaşdığı yazını diqqətinizə çatdırırıq:
Ermənizm uğrunda başlatdığı "böyük ermənistan" dövlətinin bazisini günbə-gün bərkidir !
Ermənizm daxili və Xarici siyasət addımlarında bəhrə görməkdədir !
Ermənizmin tanınmayan sıradan olan vətəndaşının simulisiv mövqeyi, Ölkəmizin ən populiyar yaltaqlarının müzakirə mövzusudur !
Ermənistanda hər kəsin,bütün fraksiyaların,dissidentin,assisentin,mühacirin, dövlət-xalq naminə ümummilli maraqları yekdildir !
Hər şey Vətən üçün amalları 28 yıldır bəhrəsini verir !
Bizdə isə mənzərə Mənzərin maygülü övladlarının inhisarında olduğundan gördüyümüz,eşitdiklərimiz məyusedici xəbərlərdir !
Ölkəni dağıdırlar,qanunlar topraklar, vicdan,namus alqı-satqı predmetidir !
Məə-mırr naxırının biznes imperiyası günbə-gün açığa vurur...
De-şifre edən çox, tədbir görən yoxdur !
Çün ki, hamısı bir-birinin tayı,deqerenat,oğurçu,quldurlardı...
Prezidentin göstərişilə korrupsioner məə-mırrların beş-on ədədi həbs edilib göndərilir kürdəxanıya (BİT), ordada soyğunçuluğun növbəti mərhələsi başlayır ?
Mundirlərində dövlətin müqəddəs atributlarını gəzdirən, haqq-ədalət tərəzisinin mahiyyətini saxta bazar tərəzisindən ayırd edə bilməyən sistemə rüşvət və nepotizm fəlsəfəsi üzrə soxuşdurulmuş manqurtlarda həbs olunanları bütün vasitələrlə soyur,dilənçilik edirlər...
Xaricdə ən mükəmməl təhsil ocaqlarını müvəffəqiyyətlə bitirmiş dünənin məzunu,Azərbaycanda potensial rüşvət alıcısına çevrilir !
Çün ki, sistemin fundamenti,idarəetmə,dərketmə rüşvətizmdir !
Dünyada bir olmağı,eyni amal uğrunda mübarizə aparmağa məhkum olmağa ehtiyacı olan birinci ölkə Azərbaycan olsada, günbə-gün parçalanır, nifrət,kin-küdurət bilərəkdən və qəsdən artırılır,düşmənçilik toxumunun innovativ üsulları ətrafında kənar qüvvələr cəlb edilməkdədir !
Bu güclə,bu düşüncəylə,28 yıldır ki,hər kəsin ki,olmaq arzusu ilə hadisələri qarnı ilə düşünən cibdəqayırma ziyanverici həşaratlarla ("ziyalı"),
yaltaloqlarla ("politoloq"), fərari media gənələrilə ("generallar"), ən uzağı geniş hakimiyyət resurslu kriminal-korrupsioner prototip məə-mırr-ların qanundan,İnsanlıqdan kənar toylarına getmək olar!
28 yıllıq qürursuz ömürlükdən,siyasi mərsiyələrdən,dələduz yalanlardan qurtulmağın vaxtı çürüyüb.
Hər bəladan nəf edib,səltənətləri içərisində xislətinə yaraşan oğurçulara, oğrun-oğrun toy etdikləri kimi, Bizədə Qubadlı lazımdır,Qubadlı !
İsakov (iskəndərov) Malik Xızır oğlunun,klarnet ustası zahid və ətrafındakı qaçqın pulundan yalmananlarla ən uzağı Şəhidlər Xiyabanına gedib şəkil çəkdirmək olar !
ŞƏHİDLƏRİMİZ BİZDƏN ŞƏKİL, PORTRET DEYİL, QANININ-TOPRAĞININ QİSASINI VƏ XİLASINI GÖZLƏYİR !