PAŞİNYANIN "DQR"-KI PAŞA CAVABI !?
İdeal Holdinqin Sahibi, Qarabağ Qazisi, keçmiş Siyasi və Vicdan məhbusu Nazim İdeal rəsmi Fasebook səhifəsində paylaşdığı yazını diqqətinizə çatdırırıq:
Livandan gələcək 500.000 erməni ailəsinin işğal altındakı Topraklarımızda yerləşdirilməsi məqsədilə Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağa səfər edib.
Səfər zamanı Paşinyan separatçı DQR rəhbərliyi ilə bununla bağlı müzakirələr aparacağı gündəmin leytmotivini təşkil edir.
Xocalı hava limanında erməni jurnalist Paşinyana maraqlı sualla müraciət edib.
Cənab baş nazir helikopterlə Qarabağa səfər edirsiz, bu qorxulu deyilmi?
Azərbaycan tərəfi dəfələrlə onların hava məkanını pozan obyektləri vuracaqlarını bəyan ediblər ?
-Onlarda o cəsarət yoxdur və heç zaman olmayacaq deyə Paşinyan cavab verib.
Paşinyanın həqarət etdiyi ünvanlar bəllidir !
Lakin Paşinyan bu cür cavabla yenədə Bizi təhlükə altına atıb.
O,Azərbaycanda yaşayan və dövlət idarəetmə qurumlarında yüksək vəzifədə fironluq edən hibridlərinə-Xalqımızın Qarabağa azadlıq,ümumiyyətlə Qarabağı istəyən cəsarətli kəsiminin şərlənərək həbs olunmalarını mesaj edib !
Paşinyan həmdə zənn edir ki,Bizim "cəsarətlilərimiz", milli-zombilərin məhz onun hüzurunda təzim və yalvarmaq üçün ezam etdikləri vələdzinalardan ibarətdir !