Türkiyə S-400-ləri işə salsa, Aralıqda nə baş verər?

2-09-2020, 19:14

Yunanıstanın Türkiyə təhdidləri S-400 sistemlərinin satın alınmasının nə qədər düzgün qərar olduğunu göstərir.
İDEAL MEDİA xəbər verir ki, bunu türkiyəli analitik Yusif Erim ölkə mətbuatına açıqlamasında deyib.
“Aralıq dənizinin şərq hissəsindəki gərginlik və Yunanıstanın təhdidləri S-400 sistemlərinin satın alınmasının nə qədər düzgün qərar olduğunu göstərir. S-400-lərin quraşdırılması və aktivləşdirilməsi qısa müddətdə Aralıq dənizini uçuşa qadağan bölgəyə çevirər. Bu, müharibə şəraitində Türkiyəyə böyük üstünlük qazandırar”, - analitik bildirib.


İstifadəçi paneli