Soydaşlarımız Fransada Ermənistanın təxribatları ilə bağlı şüarlar yayıb

12-10-2020, 17:17

Müxtəlif ölkələrdə yaşayan soydaşlarımız işğalçı Ermənistan ordusunun ölkəmizə qarşı təxribatları ilə bağlı dünya ictimaiyyətinin məlumatlandırılması və həqiqətlərin dünyaya bəyan edilməsi istiqamətində davamlı işlər aparır.
asmedia.az xəbər verir ki, xaricdə yaşayan azərbaycanlılar tərəfindən dəyirmi masaların keçirilməsi, bəyanatların ünvanlanması, məktub kampaniyası, mətbuat konfransı və s. üsullarla həqiqətlər beynəlxalq ictimaiyyətə təqdim edilir və dünyaya ermənistanın işğalçılıq siyasətinin dayandırılmasına təsir etməklə bağlı çağırışlar edilir.



İstifadəçi paneli