Zəngəzurda yeni Rusiya hərbi obyekti

10-03-2021, 13:27

Ermənistanın cənub-şərqində, Sünik vilayətinin (Zəngəzur) Sisyan şəhərinin ətrafında yeni Rusiya hərbi bazasının yerləşdirildiyi barədə fotolar yayılıb.
Fotolara əsasən, obyektdə Rusiya Hava Kosmik Qüvvələrinin vertolyotları yerləşdirilib, Rusiya və Ermənistan bayraqları asılıb. Sayta məlumat verən mənbələr orada bir neçə yüzə qədər Rusiya hərbçisinin də yerləşdirildiyini deyiblər.

Ermənistanda ikinci Rusiya hərbi bazasının yerləşdirilməsi barədə bu günlərdə müdafiə naziri Vaqarşak Arutyunyan danışmışdı. O bildirmişdi ki, 102-ci Rusiya bazasının genişləndirilməsi və onun qüvvələrinin bir hissəsini ölkənin cənubunda, Sünik vilayətində yerləşdirmək barədə müzakirələr gedir.
Hələlik yayılmış fotolara dair Ermənistan tərəfinin rəsmi açıqlamaları yoxdur.


İstifadəçi paneli