TÜRKİYƏ ABŞ-A NOTA VERDİ

25-04-2021, 14:27

ABŞ Prezidenti Co Baydenin 1915-ci il hadisələrini “soyqırımı” adlandırmasından sonra ABŞ səfiri David Satterfield Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb.
 
ASmedia.az Türkiyə mediasına istinadla xəbər verir ki, Xarici İşlər nazirinin müavini  Sedat Önal tərəfindən qəbul edilən səfirə Türkiyənin narazılığı çatdırılıb və bu məsələyə sərt reaksiya verildiyi vurğulanıb.
 
Nazirliyin açıqlamasında bildirilib ki, “heç bir tarixi və hüquqi əsası olmayan bu ifadəni tamamilə rədd etdiyimiz və şiddətlə qınadığımızı ifadə etdik. Qeyd edildi ki, bu açıqlama Türk xalqını dərindən incitmiş və münasibətlərimizə düzəldilməsi çətin olan bir yara vurmuşdur. "
 


İstifadəçi paneli