TACİKİSTAN HƏRBİ HELİKOPTERDƏN ATƏŞ AÇIB

30-04-2021, 12:47

Tacikistanla sərhəddə silahlı toqquşmalar zamanı Qırğızıstan Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidmətinin xüsusi təyinatlı dəstəsinin üç hərbçisi öldürülüb. 
 
ASmedia.az xəbər verir ki, bu barədə Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidməti məlumat yayıb.
 
"29 aprel 2021-ci ildə Tacikistan tərəfi ilə qarşıdurma zamanı xüsusi təyinatlı dəstənin üç hərbçisi öldürülüb və 22 hərbçi yaralanıb. İki hərbçinin vəziyyəti ağır qiymətləndirilir. Ümumilikdə, Qırğızıstan sərhədindəki münaqişə zamanı 134 nəfər yaralanıb, 13 nəfər öldürülüb”, məlumatda belə deyilir.
 
Bildirilir ki, sərhəddə baş verən qarşıdurmalar zamanı Tacikistan hərbçiləri Qırğızıstan ərazisinə hərbi helikopterlərdən atəş açıblar: "Taciklər bir “Mi-24” vertolyotundan Batken vilayətinin Batken bölgəsinin Tort-Koço, Çır-Dobo bölgələrini atəşə tutublar”.
 


İstifadəçi paneli