ABŞ KƏŞFİYYATI-DONBAS YAXIN ZAMANLARDA HƏLL EDİLMƏYƏCƏK

30-04-2021, 12:51

Donbas konfliktinin həlli qısa müddətli perspektivdə az inandırıcıdır.
 
ASmedia.az xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin rəhbəri Skot Berre deyib. Onun sözlərinə görə, Rusiyanın Ukrayna ilə sərhəddə fəaliyyəti Kiyevi Kremlə olan tələblərindən imtinaya məcbur etmək üçün aparılan kampaniyanın bir hissəsi idi.
 
“Krım yarımadasında əlavə qüvvələr yerləşdirməklə Moksva özünün uzun müddətli hərbi mövcudluğunu gücləndirməyə davam edir ki, Qərbin dəniz və havadakı əməliyyatlarının qarşısını ala bilsin və özünün yarımadanı saxlamaqda qətiyyətini elan etsin”.


İstifadəçi paneli