VİLAYƏT EYVAZOV LƏNKƏRANA DYP RƏİSİ TƏYİN ETDİ

4-05-2021, 12:05

Daxili işlər orqanlarında yeni təyinat olub.
ASmedia.az xəbər verir ki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis mayoru, Sübhan İsgəndərov Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi Bölməsinin rəisi vəzifəsinə təyin olunub.

O, bundan əvvəl Astara RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin əməkdaşı olub.


İstifadəçi paneli