Oxşar xəbərlər
F-35 layihəsindən çıxarılan Türkiyə döyüş təyyarələri almaq üçün Rusiya ilə müzakirələr aparır.
ASmedia.az xəbər verir ki, bu barədə “Al Jazeera” televiziyası məlumat yayıb. Məlumata görə, prezident Rəcəb Tayyib Ərdoğan Su-57 və Su-35 təyyarələrinin alışı üçün rusiyalı həmkarı Vladimir Putinlə danışıqlar aparıb.
Televiziyanın məlumatına görə, Rusiya Türkiyə ilə hərbi əməkdaşlığa xüsusi önəm verir. Məlumatda qeyd edilir ki, Türkiyənin Rusiyadan döyüş təyyarələri alması NATO-nun və xüsusilə ABŞ-ın sərt etirazına səbəb olacaq.