Oxşar xəbərlər
Gürcüstan Müdafiə Nazirliyi (MN) müsəlman hərbçilərə kiçik ölçülü “Qurani-Kərim” paylayıb.
Bu barədə Gürcüstan MN məlumat yayıb.
Bildirilib ki, nazirliyin təşəbbüsü ilə çap edilən kiçik ölçülü kitablar ərazi şərtlərinə uyğun olaraq kompakt və elastik hazırlanıb, hərbi kamuflyajla üzlənib.
Kitablar Senakidə yerləşən 2-ci Piyada Briqadasında hərbçilərə paylanılıb.
Mərasimdə Qərbi Gürcüstanın müftisi Adam Şantadze də iştirak edib. O, hərbçiləri qarşıdan gələn Ramazan bayramı münasibəti ilə təbrik edib, onlara uğurlar arzulayıb.