NAZİM QULİYEV: Qanun mafioz qüvvələrin dəbilqəsi və gəlir mənbəyidir!

12-05-2021, 13:41

Ölkədə  "QANUN"  mafioz  qüvvələrin  iyrənc  əməllərini   görə   biləcək  gözləri  kor,  deyə  biləcək  dilləri  kəsmək,  YOX  deyə biləcək  qolları  QANDALLAMAQ  üçün  VARDIR !!!

1. 25 Aprel 2015-ci il tarixdə,hərbiçi Telmanzadə Razim Rahid oğlu amansızcasına qətlə yetirildikdən sonra,Məhəmmədi kəndi ərazisində yarımçıq binadan asılı şəkildə nəşi tapılmışdır.

Günahı hərbi hissə komandirinin harın və sərhədsiz davranışlarına etiraz etməsi olmuşdur.

Cinayətkarlar bu günə kimi himayə edilməkdədir.

2. 06 mart 2014-cü il tarixli Bakı Apellyasiya Məhkəməsi Qətnaməsinin icrasına məsul,Nəsimi İcra şöbəsi (icra məmuru-murad bərxudarov) bu günə kimi Azərbaycan Respublikası adından çıxarılmış Qətnaməni sobataj etməkdədir.

30 min manatı verməyə məsul borclunun dalında geniş hakimiyyət resurslu kriminal dairələrin durduğu şəksizdir.

3. 21 iyul 2020-ci il tarixdə, Bakı Şəhəri,Səbail Rayon Ş.Şamil-17, mənzil 50 ünvanından oğurluq faktına hüquqi qiymət verməli olan Səbail Polisi oğruluqda iştirak edən 8 nəfərin hər birindən pulunu alıb sərbəst buraxıb və bu günə kimi zərərçəkmişə hökumət adından yalan satma islahatları davam etdirilməkdədir.

4. 20 Noyabr 2020-ci il tarixdə,Nəsimi Polisi və Prokurorluğu 28 may küçəsi 14 ünvanında baş vermiş oğurluq hadisəsinə görə,heç kəsi məsuliyyətə cəlb etməmiş və zərərçəkmişi aldatmaqda davam edirlər.

5. 212.000 manat zərərçəkmiş Şəxsə qarşı dələduzluq cinayəti törətmiş Abdullazadə Faiq Novruzəli oğlu 2 gün Bakı Baş Polis İdarəsinin təcridxanasında saxlanıldıqdan sonra sərbəst buraxılmışdır.

Bakı Baş Polis İdarəsində zərərçəkmiş və təqsirləndirilən şəxslərin statusu müəyyən edilsədə, ARCM-in 178.3.2-ci maddəsi üzrə 200200076 saylı cinayət işi başlanılsada, dövlət içində öz totalitar dövlətlərini qurmuş köstəbəklər vətəndaşlara qarşı mənfur-məkirli mahiyyətlərini artan xətt üzrə davam etdirməkdədirlər!

6........999....
Prezident İlham Əliyevin adına yazılan,hətta üzbə-üz görüşərkən verilən  "şikayət məktubları" sobataj karuselinə mindirilib,hüquqi dövlət axtarışı çabasıyla gedər-gəlməzə göndərilməkdədir!

"Get kimə,hara istəyirsən şikayət et" qanunu isə əksər dövlət qurumlarının leytmotivini təşkil edir.


İstifadəçi paneli