NAZİM QULİYEV: HÖKUMƏTİN MEDİA SİYASƏTİ SIFIRDI...

14-05-2021, 10:17

İDEAL  Partiyasının Başkanı  Nazim  İdeal (Quliyev) ölkədə və dünyada  cərəyan edən hadisələrlə bağlı suallarımızı cavablandırmışdı.

-Fransa  Prezidenti Emmanuel Macron Azərbaycan Ordusunun  Zəngəzur  istiqamətində  həyata keçirdiyi əməliyyatlarla bağlı çağrışlar edir və ermənistanla bir yerdə olduğunu bəyan edir.

Bununla yanaşı Fransa ATƏT-in Minsk qurupunun üzvüdür.

-Macron zatən erməni və ermənistan deməkdir.Təkcə Macronun deyil, Türkiyədən başqa heç bir dövlətin Azərbaycanla bağlı mövqeyi hesaba alınmamalıdır.Ziqzaqlı mövqe sərgiləyənlər sonunda məkirli niyyətdə olduğu sövq-təbii açığa vurub,hər dövrdə.

Ümumiyyətlə hansısada qurupun,fraksiyanın ölkəmiz adına söz deməsi yersizdir.

-Bu günlərdə Şuşada "Xarıbülbül" festivalı keçirildi və ölkənin ziyalılarıda dəvət olunmuşdu.Hətta Prezident atası Heydər Əliyevin səsini eşidib kövrəldi...

-Şuşaya ilk qədəm qoyulası,haqqı tanınılası məhz Şuşalıların özləridir.Nə yazıqlar ki, müqəddəs toprağa təkrar-təkrar emaldan brak çıxmış zay məhsullar aparıldı və buda Xalqımızın haqlı qəzəbinə səbəb oldu.

Artist,şou əhli ziyalı ola bilməz.Nəmər naminə şəxsiyyətindən asılı olmayaraq istənilən şəxsin qarşısında performans nümayiş etdirməyə hazır olan artistin işlənməyən hansı üzü ziyadır,nurludur?!

-Prezidentin sabiq köməkçisi Əli Həsənovun "media kapitanları"da Şuşaya daşınmışdı və onların əksəriyyəti hökumət tərəfindən cəsus-satqın-alçaq adlarla hüquqi status almışlar idi...

-Hökumətin media siyasəti sıfırla-sıfır arasındadır.

Artıq hər kəs düşünür ki,mövcud hökumətə yarınmaqdan ötrü, məhz şərəfsiz,namussuz,cəsus,əqidəsiz,yaramaz olmalısan!?

Çünki işğaldan azad edilmiş topraklara "media" adı ilə daşınanların böyük əksəriyyəti bir zamanlar mövcud hökuməti,Prezidenti təhqir etmiş və ardınca müxtəlif çeşidli ittihamlarla həbs edilmiş,həbsxanada genofondu dəyişdirilmiş,əqidəsini,mənliyini,namusunu itirmiş alçaq və alçaqlardı.Bunları bütün Xalq tanıyır və söyür.

Paranomikdir,söyüşlərdən həzz alan hansı mazaxist bunlara sahib çıxır?

Həsənov Əlinin fermasında bəslənilən bütün naxır hazırda da eyni biçənəkdə otarılır.

Əslində burda qəribə bir şey yoxdur.

Bu ölkədə hər bir soysuz təyin edildiyi postu öz taxtı hesab etdiyi kimi, hər bir oliqarx məmurunda şəxsən istismar etdiyi bir neçə ədəd artistin dişisi,təyin etdirdiyi dub-tatı,unison mövqeyini canında çəkməyə müntəzir olan satqın  "media quruluşları" var.

Ancaq dövlətin heç nəyi və heç kimi yoxdur.

Prezidenti,hökuməti tənqid,təhqir edənlərin qarşısına çıxmaq və yaxud da yazmaq səviyyəsində,cəsarətində olacaq bircə nəfər olsun belə media dəbilqəsi varmı?,tanıyırsınızmı?

Çünki özləri söyüş tuluğu olaraq hər gün söyülürlər,döyülürlər,qıcqırırlar və iyrənc qoxuları bütün aləmi bürüyür.

Məmurlar kimi,hökumətin bəslədiyi mediada sahibinə cins inək kimi baxır və əlavə yem istəyir.

Belələrində dövlət-millət sevgisi ağzında başlayır,mədəsində realizə olur və yoxa çıxır.

Baxın,Həsənov Əli bunlara başının tükündə yedizdirdi və sonda hamısı onu söydü,dönük çıxdı.

Bu gündə belədir,sabahda belə olacaq.

Univesal ssenari üzrə düzənlənən "media" naxırını düşündürən və qayğılandıran faktor budur:evdən,pul-paradan nə qopara bilərəm???

Haqqı olan,olmayan leş kimi sökür dövləti.

Çünki  dünən olduğu kimi,bu gündə media siyasətini formalaşdırmağa məsul edilmiş şəxs və şəxslər başı boş hüdudsuz,debil zombilərdən ibarətdir.

Dövlətin mediaya ayırdığı milyonlar əleyhinə işləyir və xərclənir.

Massajistə,məşuqəyə,aşığa paylananlar təkrarlanmaqdadır.

Həbsə atılan Vüqar Səfərli  10 yıl ərzində analoqsuz hökumətə 7.000000 fırlatmışdırsa,hazır ki,debillər bu rəqəmi bir ilə tamamlamaq üzrədir.

İnci Osmanqızı


İstifadəçi paneli