General Muradov yenidən sərhəddə

16-05-2021, 17:45

Laçın rayonunun Qaragöl dövlət qoruğu yaxınlığında Azərbaycan və Ermənistan dövlət sərhədinin demarkasiya və delimitasiya işləri zamanı mayın 12-dən yaranmış gərginlik nəticəsində tərəflər arasında danışıqlar bu gün - mayın 16-da davam edir.
 
Saat 14.00-da başlanan danışıqlar Rusiya sülhməramlıların komandanı general Rüstəm Muradov tərəfindən aparılır. 
 
Gorus bələdiyəsinin müavini Menya Ovsepyan erməni mediasına bildirib ki, bölgədə yaranmış situasiya üç gündür ki, dəyişməz olaraq qalır.
 
Azərbaycan hərbçiləri öz mövqelərindən geri çəkilməyib.


İstifadəçi paneli