Feodal təfəkkürlü Daşkəsənin kəndxudası Əhəd Əbiyev barəsində daxil olan informasiyalar insanlığa şok terapiya yaşatmaqdadır.
Uzun illər məhkəmələrdə xalq iclasçısı kimi fəaliyyət göstərmiş,İsmayılova Nəzakət Həsən qızının həyat yoldaşı dövlətə göstərdiyi xidmətlərə görə, Azərbaycanın eks prezidenti Heydər Əliyev tərəfindən verilmiş mənzili Əhəd Əbiyev zorən alaraq öz katibəsinə ərmağan etmişdi.
Marginal orqanların Əhəd Əbiyev qarşısında göstərdiyi satellit xidmətləri səbəbindən 30 (otuz ) ilə yaxın Xalq iclasçısı kimi fəaliyyət göstərmiş, Nəzakət İsmayılovaya dəlilik adı verdirməkdə də heç bir kompleks yaşamamışdır!
Hətta Əhəd Əbiyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Nəzakət İsmayılovanı zorən Qazax şəhəri psixiatriya xəstəxanasına qısa müddətli yerləşdirməyə də müvəffəq olmuşdur.Baxmayaraq ki,həkimlər Nəzakət İsmayılovanın sağlam olması barədə tibb rəy vermişdir.
Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsinin 3-cü bəndində deyilir:
Heç kəsə işgəncə və əzab verilə bilməz.Heç kəs insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala bilməz.Özünün könüllü razılığı olmadan heç kəsin üzərində tibbi,elm və başqa təcrübələr aparıla bilməz.
Görünür qanunlar Əhəd Əbiyev kimi tövlə təfəkkürlü məmurlar üçün yazılmayıb.
Araşdırmamız davam edir.
Rüfət Kamil