BSU-DƏ İT YİYƏSİN TANIMIR...

20-05-2021, 15:47

Kütləvi informasiya vasitələrində Bakı Slavyan Universitetinin (BSU) Əlavə və qiyabi təhsil şöbəsinin müdiri Dürdanə Əliyevanın külli miqdarda təhsil haqqı məbləğlərini mənimsəməsinə və bunun da həmin təhsil ocağının tələbələrinin narazılığına səbəb olmasına dair məlumatlar yayılmaqda davam edir...

Dürdanə Əliyevanın qeyd edilən qanunsuz əməlləri törətməsi barədə Bakı Slavyan Universitetinin tələbələrindən daxil olmuş çoxsaylı şikayətlər əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırmalar aparılmaqla Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə), 311.1 (rüşvət alma) maddələri ilə cinayət işi başlanıb.

Bu və ya digər yayılmış məlumatları dəqiqləşdirmək məqsədilə BSU-nun adı korrupsiya qalmaqalında daha çox çəkilən Nurlana Əliyevadan münasibət öyrənmək istədik.

Rektorun köməkçisi Rüfət Həşimov məsləhətlişdikdən sonra,Məni mətbuat və informasiya şöbəsinin rəhbəri Mənsur İbrahimovla əlaqə saxlayıb maraqlandıran sualları cavablandırmağı bildirdi.

M.İbrahimovla əlaqə saxlarkən o,primitiv və şablon ifadələrlə Baş Prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinə suallarımızı ünvanlamağı xahiş etdi...

Lakin,soruşmaq istədiyimiz məsələlərin heçdə hamısı BSU kriminalları ilə bağlı deyildi.

Ona görədə soruşub,sual edirəm:
MİQ adlı qurumda müəllimlərə təhsildən başqa nə öyrədirlər?

KQMBİ-si MİQ-in qeyri-leqal fəaliyyəti barədə məlumatlıdırmı?

"Mütəccim" nəşrlər evində dövlətə və xalqa xəyanət sseriyasında hansı işlər həyata keçirilir ?

Nurlana Əliyevaya məxsus dəyəri milyonlarla ölçülən ticarət şəbəkələri dövlətin vergi orqanları ilə niyə hesablaşmır?

İlham Cəfərov


İstifadəçi paneli