Özlərini müşahidə edə bilməyənlər şurası...

21-05-2021, 14:05

Analoqsuz vəziyyətizm artan xətt üzrə davam etməkdədir.Prezidentin müvafiq sərəncamları ilə Nəqliyyat,Rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev və İqtisadiyyat naziri Mikayıl Cabbarov ölkənin korrupsiya bataqlığında dövlətə və onun ideallarına kəllə-təpik atan mafioz qurumlar üzərində müşahidə şurasına sədrlik edəcəklərmiş!?

Əflatun Amaşov mış sədri zadı olduğu kimi....

Əvvala istər Rəşad Nəbiyev,istərsədə Mikayıl Cabbarov layiq olmadıqları təyinat aldıqları nazirliklərdə baş alıb gedən xaos,priton “islahatlarını” durdursunlar...

Hər iki nazirliklə bağlı Vətəndaşların müraciətləri əsnasında əldə olunan nəticə sıfırla-sıfır arasında hüquqi dövlət axtarır.

Təsəvvür edinki OLİMP avtoservis 5 ha sahəni əhatə edir və burada 300-dən artıq sex və iaşə obyektləri açıq-aşkar vergi ödəmir.

Ata Abdullayevə məxsus 28 may küçəsi 11 ünvanında fəaliyyət göstərən priton və qumarxanalar nə dövlət, nədə ki,Allah tanımır və Mikayıl Cabbarov inisiallı dələduzun bu cür himayədarlığı yüzlərlədir...

Eyni zamanda Rəşad Nəbiyevin inhisarındakı vaqeələri sadalamaq olar...

Atası Nəbinin xislətini prioritet seçmiş cənab Nəbiyev kosmos surətilə nazirliyə transfer edildikdən sonra,”qazanılan uğurlar” poçt şöbələrindəki ətəklərin gödəlməsi və bürokratik sobatajların inkişafıdır.

BDYP kimi bu qurumda da dövlətə məxsus nə varsa alqı-satqı predmetidir!?

Telefon nömrələri,çəkilişləri...

Hətta  əlavə pul qazanması naminə Vətəndaşlara məxsus gözəgəlimli telefon nömrələrini müxtəlif bəhanələrlə əvvəlcə oğurlayıb,sonrada yenidən baha satmaq tendensiyası...

Bilinsin ki, Rəşad Nəbiyev atası Nəbi Nəbiyevi və Qayınatası Tofiq Hüseynli (Mətanət Tofiq) vəzifə kuliarlarına daşıyan Kamran Hüseynovun qızı Hicran Hüseynova tərəfindən sabiq Nazir Əli Abbasov tərəfindən işə qəbul edilmişdir.

Cavan kadr deyibən ölkənin çox önəmli postlarına pərçimlədiklərinizin hərdən psixoloji durumlarını yoxlasanız nə Dövlətimiz,nədə ki, Xalqımız bu qədər itirməz...
 
Sofia Sofulu 
 


İstifadəçi paneli