Metroda bunu etməyənlər cərimələnəcək

28-05-2021, 11:02

"İctimai nəqliyyatda koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstəriş"ə uyğun olaraq, Bakı Metropoliteni stansiyalarının ərazisində və qatarlarda tibbi maska taxılmalı və sosial məsafə gözlənilməlidir.

ASmedia.az  xəbər verir ki, bu barədə Bakı Metropoliteni QSC-nin metroda sərnişindaşımanın fəaliyyətinin bərpası ilə bağlı yaydığı açıqlamada bildirilib.

Qeyd olunub ki, tibbi maskadan düzgün istifadə etməyən sərnişinlər qanunvericiliyə müvafiq qaydada inzibati məsuliyyətə cəlb olunacaqlar.


İstifadəçi paneli