21 hərbçimiz Türkiyədə təlimə qatıldı

3-06-2021, 16:10

Azərbaycan Silahlı Qüvvələrinin 21 üzvü Türkiyədə növbəti təlimə qatılıb.

ASmedia.az  xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Qırxlareli şəhərində Türkiyə ordusunun 55-ci Mexanikləşdirilmiş Piyada Briqada Komandirliyi tərəfindən “BORA-2021” adlı təlim keçirilib.

Təlimə Azərbaycan Silahlı Qüvvələrinin 21 üzvü qatılıb”, - məlumatda bildirilib.


İstifadəçi paneli