Oxşar xəbərlər
İranda prezidentliyə namizəd Möhsün Rezai digər namizəd - məhkəmə hakimiyyətinin rəhbəri İbrahim Rəisini seçkilərdə qələbə qazanması münasibəti ilə təbrik edib.
ASmedia.az xəbər verir ki, ekspertlər də seçkilərdə Ali dini lider Əli Xamneyinin dəstəklədiyi İbrahim Rəisinin qələbəsini proqnozlaşdırırdılar.
Xatırladaq ki, İranda dünən keçirilən prezident seçkilərində 4 namizəd mübarizə aparıb. Bunlar məhkəmə hakimiyyətinin rəhbəri İbrahim Rəisi, Möhsün Rezai, parlament sədrinin müavini Hüseyn Həzizadə Haşemi və islahatçı, Mərkəzi Bankın sabiq sədri Əbdülnasir Hümməti olub.
Qeyd edək ki, hazırkı Prezident Həsən Ruhani seçkilərə qatılmayıb.