NATO Hərbi Komitəsi Tiflisə gəlir

3-07-2021, 12:45

NATO Hərbi Komitəsi sentyabrda Tiflisə gələcək.

ASmedia.az  xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Qaribaşvili NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceym Appaturayla görüşü zamanı deyib.

Tərəflər Gürcüstan-NATO birgə təlimlərinin Gürcüstan ordusunun güclənməsindəki rolundan danışıblar.

Appaturay görüşdə Tiflisə Azərbaycanla Ermənistan arasında 12 iyunda 15 erməni əsirlə mina xəritələrinin mübadiləsinin təşkilində etdiyi vasitəçiliyə görə təşəkkür edib.


İstifadəçi paneli