Mixail Muraşko Azərbaycanda səfərdədir

6-07-2021, 13:41

Rusiyanın səhiyyə naziri Mixail Muraşko bu gün Azərbaycana səfərə gəlib.

ASmedia.az xəbər verir ki, o, Fəxri Xiyabanda Azərbaycanın ümummilli lideri Heydər Əliyev və görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarlarını ziyarət edib.

Nazir Bakıda Azərbaycanın rəsmiləri ilə bir sıra görüşlər keçirəcək. Səfər zamanı Azərbaycanla Rusiya arasında səhiyyə sahəsində əməkdaşlığa dair sənədin imzalanması planlaşdırılır.


İstifadəçi paneli