Oxşar xəbərlər
İndiyə qədər Əfqanıstandan 1404 nəfəri təxliyə etmişik. Onlardan 1061 nəfəri bizim, digərləri isə müxtəlif ölkələrin vətəndaşlarıdır.
Asmedia.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
O, Britaniya mediasının "Pakistan və Türkiyədə miqrant mərkəzləri yaradılacaq" yalanına cavab verib:
"Bu xəbər tamamilə həqiqətə uyğun deyil. Xəbərlərdə qeyd olunanlar heç vaxt Britaniya Müdafiə Nazirliyi tərəfindən söylənilməyib. BBC səhvini anladı, tvitlərini sildi, ancaq BBC-nin tvitinə istinad edərək yazan partiya rəhbərlərinin tvitləri qalır. Müxalifət bu vəziyyətə düşməməlidir. Buna çox pis oldum", - deyə Çavuşoğlu bildirib.