Tehranda 20 aydan sonra cümə namazı qılınıb

23-10-2021, 12:59

İran paytaxtı Tehranda 20 aylıq fasilədən sonra Cümə namazı qılınıb.

ASmedia.az “Mehr” Agentliyinə istinadən xəbər verir ki, koronavirus epidemiyası səbəbindən dayandırılan cümə namazı nəhayət bərpa olunub.
Ötən gün minlərlə sakin Tehran Universitetinin kampusunda cümə namazına çıxıb.

Onlar tibbi maska taxıb və sosial məsafəni qoruyaraq namaz qılıblar.


İstifadəçi paneli