Xəzərdə zəlzələ olub

14-11-2021, 11:44

Xəzər dənizində zəlzələ qeydə alınıb.

Bu barəda Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkanlar yerli vaxtla saat 01:14-də Qala stansiyasından 133 km şərqdə, 3,4 maqnitudada zəlzələ qeydə alınıb.

Zəlzələ ocağı 11 kilometr dərinlikdə yerləşib.


İstifadəçi paneli