Qubada 25 santimetr qar yağıb

22-12-2021, 14:10

Dekabrın 21-i axşam saatlarından başlayaraq Quba, Qusar və Xızı rayonlarının ərazisinə qar yağıb.
 
Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən AZERTAC-a verilən məlumata görə, Qubanın Qrız kəndində 25, Xınalıqda 17, Xaltanda isə 13 santimetr hündürlüyündə qar qeydə alınıb.
 
Qusarın Yasab kəndinə 15, Xızının Altıağac qəsəbəsinə isə 6 santimetr hündürlüyündə qar yağıb. Quba rayon mərkəzində 5 santimetr qar var. Ən aşağı temperatur Qubanın Qrız kəndində qeydə alınıb. Kənddə temperatur mənfi 8 dərəcəyədək enib.


İstifadəçi paneli