Daha bir ölkə Türkiyə PUA-ları ilə maraqlanır

21-01-2022, 00:44

Salvador Respublikasının Prezidenti Nayib Bukele Türkiyəyə rəsmi səfər edib.
 
AS Media.az xəbər verir ki, səfər çərçivəsində Türkiyənin Müdafiə Sənayesi Komitəsi və Salvador Respublikasının Xarici İşlər Nazirliyi arasında müdafiə sənayesi sahəsində əməkdaşlığa dair niyyət məktubu imzalanıb.
 
Birgə mətbuat konfransı zamanı Bukele Ərdoğanla Türkiyənin müdafiə sənayesi məhsullarını müzakirə etdiklərini açıqlayıb.
 
“Sabah bəzi şirkətlərlə görüşəcəyik. Bəlkə Salvadorun ilk peyki türk texnologiyası sayəsində olacaq. Görüləsi çox şey var. Prezident Ərdoğanla PUA və digər avadanlıqların alınmasını müzakirə etdik", - deyə o qeyd edib.


İstifadəçi paneli