Oxşar xəbərlər
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) Rusiya-Ukrayna gərginliyi ilə bağlı danışıqlar aparacaq.
Asmedia.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Ərdoğan özü bildirib.
“BƏƏ ilə ikitərəfli əlaqələrin inkişafı istiqamətində müxtəlif addımlar atılacaq. Eyni zamanda Rusiya-Ukrayna gərginliyi müzakirə olunacaq və böhranın həlli üçün addımların atılması gözlənilir”,- deyə Türkiyə lideri vurğulayıb.
Qeyd edək ki, bu gün Ərdoğan BƏƏ-yə rəsmi səfərə yollanır. Səfər iki gün davam edəcək