Ordumuzun Türkiyə modeli əsasında qurulması sürətləndirilir

7-03-2022, 15:37

Azərbaycan Ordusunda Türkiyə Respublikası Silahlı Qüvvələri modelinin tətbiqinin sürətləndirilməsi tapşırılıb.
Asmedia.az xəbər verir ki, bununla bağlı Müdafiə Nazirliyində keçirilən xidməti müşavirədə Müdafiə naziri general-polkovnik Zakir Həsənov tapşırıq verib.
Nazir Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə uyğun olaraq Türkiyə Respublikası Silahlı Qüvvələri modelinin Azərbaycan Ordusunda, o cümlədən hərbi təhsil sahəsində tətbiqinin sürətləndirilməsini tapşırıb.


İstifadəçi paneli