İranda ilk: Türk festivalı keçiriləcək

26-12-2022, 16:08

İranda ilk dəfə türklər yaşayan bölgələrin adət-ənənələri ilə bağlı festival keçiriləcək.
Bu barədə İranın mədəniyyət portalı olan “Teatr” saytı məlumat yayıb.
“İran türkdillilərinin milli-ənənəvi ritual festivalı” adlı mədəni tədbir Orfan Azad Teatr İnstitutunun himayəsi və Zəncan əyalətinin mədəniyyət qurumlarının dəstəyi ilə keçiriləcək.
30 yanvardan başlayaraq Zəncan şəhərində baş tutacaq festival iki mövzu əsasında – “Türk hekayə və lətifələrinə əsaslanan yerli-ənənəvi ritual sənətləri” və “Qədim yerli oyunları və türk ritualları" - keçiriləcək.


İstifadəçi paneli